YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda “İlhamla irəli” devizi altında seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdir. 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Pirallahı rayonunun seçiciləri ilə görüş keçirilib.  

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov  Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, praqmatik daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. Hikmət Şikarov  əlavə edib  ki, Pirallahı  rayonundan olan seçicilər aprelin 11-də keçiriləcək prezident seçkilərində birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklər, azad və demokratik prezident seçkiləri nəticəsində xalqımız növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini bayram edəcək, çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.

Çıxış edən  Azərbaycan Dövlət Pedaqoji  Universitetinin rektoru Cəfər Cəfərov, “İki Sahil“ qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanın Milli Qəhrəmanı  Bəxtiyar Allahverdiyev  Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Prezident  İlham Əliyev  bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr edib.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri  Fazil Məmmədov rayon əhalisinin yaşlı təbəqəsinin güzəranından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açaraq ağsaqqallar adından cənab İlham Əliyevi dəstəklədiklərini bildirib.