YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir rayonunun Yuxarı Seyfəli, Könüllü, Şiştəpə, Çənlibel və Daşbulaq kəndlərində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonu Yuxarı Seyfəli, Könüllü, Şiştəpə, Çənlibel və Daşbulaq kəndlərində seçicilərlə  görüş keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Kamran Bayramov, qrupun üzvləri Emin İsmayılov, Fərid Səfərov, Sahib Sadıqov, Məmməd Qasımov və kənd sakinləri cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət  xətti və bü gün Azərbaycanın əldə etdiyi uğurlar barədə seçicilərə ətraflı məlumat veriblər. Natiqlər cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə misilsiz nailiyyətlər qazandığını xatırladaraq seçiciləri bu əzəmətli uğurların davamı, Azərbaycanın daha yüksək səviyyədə inkişafı naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Azərbaycanın müstəqilliyinin memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasi kursun cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmziin hər bir şəhər və kəndinin yüksək səviyyədə inkişaf etdiyini, hər bir vətəndaşımızın həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdığını vurğulayıblar. Seçicilər prezident seçkilərində xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklərini əminliklə bəyan ediblər.