YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: 11 aprel tarixi Azərbaycan millətinin və dövlətinin zəfər günü olacaq

«Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Mən seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 19-dan etibarən seçicilərlə, o cümlədən təmsil etdiyim Zərdab rayonunun seçiciləri ilə görüşlərdə iştirak edirəm. Bu görüşlərdən  qənaətimiz, fikrimiz budur ki, Azərbaycan vətəndaşları artıq öz seçimlərini ediblər». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, insanlar təbliğat görüşlərində yüksək əhval-ruhiyyə ilə görüşlərdə iştirak edirlər. Onun sözlərinə görə, ölkə vətəndaşlarında Prezidentimiz İlham Əliyevə böyük inam və sevgi var: «Görüşlərə gedərkən, obrazlı desək, sevgi dənizi ilə qarşılaşırıq, «İlhamla irəli!» sədaları ilə qarşılaşırıq. İnsanlar bildirirlər ki, Prezident İlham Əliyevin təbliğatı üçün belə tədbirlərə ehtiyac  yoxdur. Çünki cənab Prezidentin son 15 il ərzində həyata keçirdiyi möhtəşəm işlər, qazanılan uğurlar Onun təbliğatıdır. Bütün vətəndaşlar bu möhtəşəm fəaliyyətin canlı şahidləridir. Görüşlər zamanı seçicilər birmənalı olaraq vurğulayırlar ki, cənab İlham Əliyev bizim  alternativsiz namizədimizdir və qarşıdakı 7 ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımız irəliləyəcək. Bu fikri bütün təbəqələrin nümayəndələri – gənclər, yaşlılar, ziyalılar, sadə insanlar söyləyirlər. Hər kəs tribunaya çıxıb bu ürək sözlərini demək istəyir».

Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev 15 il əvvəl andiçmə mərasimində bəyan etdi ki, «Mən hər bir azərbaycanlının Prezidenti olacağam» və ötən müddət ərzində O, öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu nümayiş etdirdi: «Andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın zəngin dövlətə çevriləcəyini, regionda dövlətimizin razılığı olmadan heç bir layihələrin reallaşdırılmayacağını, heç bir bölgəmizdə  çadır şəhərciyinin qalmayacağını, Azərbaycanın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini, heç bir kəndin, qəsəbənin yolsuz qalmayacağını, bütün bölgələrimizin abadlaşacağını bəyan etmişdi. Və bütün bunların hamısı reallığa çevrildi. Əlbəttə ki, bu sadalananlar dövlət başçısının gördüyü işlərin kiçik bir hissəsidir və cənab İlham Əliyevin siyasətinin uğurlarını sadalamaq üçün saatlarla, günlərlə vaxt lazımdır».

J.Əliyeva söyləyib ki, cənab İlham Əliyev ölkəmizin, xalqımızın inkişaf və tərəqqisi üçün  misilsiz fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində O, xalqımızın sonsuz sevgisini, inamını  qazanıb. «Ona görə də, əminliklə deyə bilərik ki, 11 aprel tarixi Azərbaycan millətinin və dövlətinin  zəfər günü olacaq»-deyə, millət vəkili vurğulayıb.