YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdəlilərin seçimi cənab İlham Əliyevdir

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaradəmirçi, Zümürxan, Samux və  Türkmən kəndlərində seçicilərlə görüş keçirib. Tədbirlərdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətinin inkişafı üçün həyata keçirdiyi uğurlu siyasətdən, həmçinin rayonda gedən abadlıq-quruculuq işlərindən danışıb. F.Şadlinskaya qeyd edib ki, cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf edən və insanların təhlükəsiz yaşadığı ölkələrdən birinə çevrilmişdir.

Seçicilərlə görüşlərdə iştirak edən Milli Məclisin deputatları  Gövhər Baxşəliyeva və  Aqil Abbas qeyd ediblər ki, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Ona görə də biz yenə də “İlhamla irəli!” deyərək cənab İlham Əliyevə səs verməliyik.

Təbliğat qrupunun üzvlərindən Nizami Quliyev, Tofiqə Məmmədova və kənd sakinləri Sayalı Məmmədova, Şakir Abbasov çıxış edərək bildiriblər ki, 11 apreldə hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik.