YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Xorxe Arreasa: Azərbaycan ilə Venesuela arasında çox yaxşı əlaqələr var

Bizim Azərbaycan ilə çox yaxşı əlaqələrimiz var və əməkdaşlığımız durmadan inkişaf edir.

Bunu  Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat deyib.

Venesuela Prezidenti Nikolas Maduronun Azərbaycana səfərindən danışan Xorxe Arreasa Monserrat müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib: “Prezident İlham Əliyev ilə görüşümüz zamanı ikitərəfli əlaqələrin inkişafı əsas müzakirə mövzusu oldu. Biz Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıyıq. Bu yaxınlarda Venesuelanın Bakıda səfirliyi açıldı. Müvəqqəti işlər vəkili artıq Bakıdadır. Bu, əlaqələrimizin səviyyəsindən xəbər verir. Biz, eyni zamanda, Azərbaycanın da Venesuelada nümayəndəliyinin açılmasını gözləyirik”.

Bir çox sahələrdə ortaq maraqları paylaşdığımızı söyləyən nazir investisiya qoyuluşu, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdıraraq deyib: “Biz BMT və digər beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Biz müstəqil dövlətlərik. Kənar qüvvələr bizim daxili işlərimizə qarışa bilməz. Siyasi koordinasiyadan əlavə, investisiya qoyuluşu və ticarət sahələrində əlaqələri gücləndirməliyik. Daha çox investor cəlb etməliyik. Qarşılıqlı səfərlərin sayını artırmaq lazımdır. Konkret addımlar atılmasının vaxtıdır”.