YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Sudan əlaqələri inkişaf edir

Aprelin 6-da Milli Məclisin sədri Oqtay Əsədov Sudanın xarici işlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamedlə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrə dair müzakirələr aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan ilə Sudan arasında münasibətlər, xüsusən də siyasi əlaqələr müsbət axarda davam edir. Hər iki ölkə müxtəlif sahələrdə mövcud olan münasibətləri daha yaxşı səviyyəyə çatdırmaq üçün intensiv şəkildə fəaliyyət göstərir.

Söhbət zamanı Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə danışıb. O qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

Dövlət naziri Mohamed Abdalla İdris Mohamed ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildirib. O deyib ki, Sudan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır. Nazir Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı dəstəklədiyini söyləyib.