YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Portuqaliyalı müşahidəçi: Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir.

Bu sözləri Azərbaycanda prezident seçkilərini izləyən Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatının müşahidələrinin mətbuat konfransında hərəkatın Portuqaliyadan olan nümayəndəsi Maryo Devid deyib.

O bildirib ki, çoxsaylı beynəlxalq müşahidəçinin ölkə ərazisində seçki prosesini sərbəst şəkildə izləməsi üçün hər cür şərait yaradılmışdı və bu da seçkilərin şəffaflığına öz töhfəsini verdi. Eyni zamanda, iki xarici və iki yerli araşdırma şirkəti səsvermə ərzində “exit-poll” keçirdi.

Müsbət məqam odur ki, namizədlər heç bir məhdudiyyət olmadan təşviqat kampaniyası aparıblar. Səsvermə günü seçici fəallığı da yüksək idi. Bu, seçicilərin seçkiyə olan marağının və öz fikirlərini sərbəst şəkildə ifadə etmək istəklərinin göstəricisidir. Ümumilikdə, namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı heç bir pozuntu və şikayət faktı qeydə alınmayıb. Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks eydirir.

 

DİGƏR Xəbərlər Arxiv