YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Prezident İlham Əliyevin məqsədyönlü siysəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib

«Prezident İlham Əliyevin məqsədyönlü siysəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir. Onun sözlərinə görə, dünyanın qlobal çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiqi vacib amil kimi qeyd edilir. Hazırda işsizlik, eyni zamanda, yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da dayanıqlı inkişaf siyasətinin nəticəsidir. Ötən 15 ildə ölkəmizdə maaşların beş, pensiyaların səkkiz dəfədən çox artması da xüsusi əhəmiyyətə malikdir.
«Bunlarla yanaşı, məqsədyönlü siyasət nəticəsində respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region üçün önəmini artıran faktorlar kimi çıxış edir»-deyə, deputat qeyd edib.