YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdris İsayev: Məşğulluq siyasəti sosial siyasətimizin əsasını təşkil edir

«"Məşğulluq haqqında" qanun layihəsi bu sahədə ən vacib sənəddir». Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bildirib ki, məşğulluq siyasəti sosial siyasətimizin əsasını təşkil edir. Onun sözlərinə görə, bunu önə gətirən məsələlərdən biri ölkədəki demoqrafik vəziyyətdir. Əgər insanların sayı artırsa, o zaman onların işlə təminatı məsələsi önə çıxan əsas məsələyə çevrilir. İnsan resurslarının inkişafı Azərbaycanda həyata keçirilən siyasətin tərkib hissəsidir. Layiqli iş yerlərinin yaradılması aktiv əmək bazarlarının yaradılması qarşıya qoyulan məqsəddir.

Nazir müavini qeyd edib ki, qanun layihəsinə əksini tapan mühüm məsələlərdən biri aktiv əmək bazarları ilə bağlı tədbirlərin, əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı öhdəliklərin əhatəli şəkildə əksini tapmasıdır: “Qanun qəbulundan sonra dövlət iş axtaranı hansı iş yerinə göndərəcəksə onun əmək haqqının 50 faizini dövlət qarşılayacaq. Ümumiyyətlə, bu qanun layihəsi əvvəlki qanundan əhəmiyyətli dərəcə fərqlidir. Əgər qanun qəbul olunarsa, iş axtaranlar işlə təminat və sosial məsələlərini həll etmək imkanı əldə edəcəklər”.

 

DİGƏR Xəbərlər Arxiv