YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in baş katibi Tomas Qreminger Prezident İlham Əliyevə təbrik ünvanladı

ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uzun müddətdir ki, göstərdiyi sadiqlik yüksək təqdirə layiqdir. Mən ölkənizin bütün vətəndaşları üçün demokratik, təhlükəsiz və sabit şərait yaradılmasında Sizin səylərinizi yüksək dəyərləndirirəm.

ATƏT hərtərəfli təhlükəsizlik və təşkilatın öhdəliklərinin icrası məsələlərində Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik və onun xüsusi nümayəndələrinin ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması səylərinə dəstək vermək niyyətinə sadiqdir.

ATƏT, həmçinin Azərbaycanda demokratik idarəçilik, təhlükəsizlik və iqtisadi tərəqqi sahələrində islahatların daha da gücləndirilməsinə hər an dəstək verməyə hazır olduğunu bildirir”.