YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşqar Təhməzli: Azərbaycanda qida zəncirinin bütün mərhələlərində iştirak edən subyektlərin sayı getdikcə artır

Azərbaycanda münbit rəqabət şəraiti yaradıldığı üçün xarici şirkətlərin buradakı fəaliyyəti də genişlənir. Azərbaycanda kənd təsərrüfatı və qida sənayesinə olan diqqətin nəticəsidir ki, həm xarici şirkətlərin, həm də Azərbaycanda istehsal edilən qida zəncirinin bütün mərhələlərində iştirak edən subyektlərin sayı getdikcə artır.

Bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 16-da Bakıda keçirilən XXIV Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Builki sərgilərdə iştirak edən şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli şirkətlər olduğunu xatırladan agentlik sədri bunu çox sevindirici hal adlandırıb. Agentliyin sədri bildirib ki, sərgilərdə iştirak edən şirkətlərin sayı durmadan artır ki, bu amil Prezident İlham Əliyevin iqtisadi sahədə apardığı mütərəqqi islahatların bariz göstəricisidir.

 

DİGƏR Xəbərlər Arxiv