YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Birləşdirilən bələdiyyələrdə idarəetmə prosesi daha asan olur

«Bələdiyyələrin sayının azaldılması və onların birləşdirilməsi beynəlxalq təcrübəyə uyğun prosesdir. Biz bir çox xarici ölkələrdə olmuşuq və bu sahədə olan təcrübəni öyrənib ölkəmizdə tətbiq edirik». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bəzi beynəlxalq təşkilatlar bəzi bələdiyyələrimizin fəaliyyətsiz olduğunu iddia edirlər. Onun sözlərinə görə,  fəaliyyətsiz bələdiyyələrin digərlərinə birləşdirilməsi düzgün prosesdir.

«Birləşdirilən bələdiyyələrdə idarəetmə prosesi daha asan olur. Eyni zamanda, belə bələdiyyələrə daha peşəkar insanlar cəlb olunur. Birləşmədən sonra bələdiyyə üzvlərinin sayının az olması işə heç bir mənfi təsir göstərməyəcək»- deyə, komitə üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv