YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın nümayəndəsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə üzv seçilib

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin verdiyi xəbərə görə, iyunun 7-də təşkilatın Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) üzvlüyünə seçkilər keçirilib. İlk dəfə olaraq Azərbaycan Respublikasının nümayəndəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru və Avropa Şurasının gender bərabərliyi komissiyanın eksperti Elgün Səfərov bu komitəyə üzv seçilib.

CEDAW dünyada gender bərabərliyinin təmin edilməsi, ölkələrin hesabatlarının monitorinqi, məişət zorakılığına və qadınlara şiddətə qarşı mübarizə aparan və digər qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən ali beynəlxalq orqandır.