YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub

“Son illər elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi,elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi,multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb”. Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Onun sözlərinə görə, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan tələbatını ödəmək məqsədi ilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir.

“AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər də olunub. Natiq son 5 ildə elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən "Nizami" layihəsini də xüsusi qeyd edib”-deyə, akademik qeyd edib.