YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycanın uğurlu siyasəti Ermənistanı dalana dirəyib

«Azərbaycanın uğurlu siyasəti  Ermənistanı dalana dirəyib». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu ölkənin çıxış yolu işğalçı siyasətə son qoyulması ilə bağlıdır. Onun sözlərinə görə, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.

«Artıq bu ermənilər də ağır vəziyyətdən beziblər. Xankəndində keçirilən etiraz aksiyaları da bunu təçsdiqləyir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlarımızda yaşayan etnik ermənilər Yerevandakı cinayətkar rejimin və onun Xankəndidəki oyuncaq əlaltılarının girovlarıdır. Bu ərazilər beynəlxalq və milli hüququn nəzarətindən kənarda terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin təlim mərkəzinə çevrilib. Prezident İlham Əliyevin söylədiyi kimi əgər Ermənistanın yeni hakimiyyəti baş verənlərdən nəticə çıxaracaqsa, öz xalqının mənafeyi naminə konstruktiv mövqe nümayiş etdirəcəksə, şübhəsiz ki, o zaman dayanıqlı sülh mümkün olacaq. Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistana və onun yeni hakimiyyətinə verilən şansdır. Bu şansdan istifadə etməklə münaqişənin dinc və ədalətli həllinə nail olmaq mümkündür. Bu halda Ermənistan bir dövlət kimi mövcudluğunu qoruya, iqtisadiyyatını inkişaf etdirə, erməni xalqının rifahını təmin edə bilər»-deyə, deputat vurğulayıb.