YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistan işğalçılıq siyasətinə son qoymasa, heç vaxt inkişaf edə bilməyəcək

«Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsi bu günə qədər həllini tapmayıb». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma danışıqlar limiti tükənməz deyil.  Əgər Ermənistan xoşluqla sülhə gəlməsə, Azərbaycan öz gücünə torpaqlarımızı işğaldan azad edəcək.

«Ermənistan məsuliyyətsiz hərəkətlərini davam etdirsə, baş verəcək hadisələrin məsuliyyəti Yerevanın üzərində qalacaq.  Yeni baş nazir Paşinyan hərbi xuntanın səhvlərini təkrar etməməli və öz ölkəsinin gələcəyi naminə heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ilk növbədə Ermənsitanın ziyanınadır. İşğalçılıq əməllərinə görə bütün regional layihələrdən kənarda qalan Ermənistan sosial-iqtisadi xaos içərisindədir. Bu amil isə bir daha təsdiqləyir ki, Ermənistan işğalçılıq siyasətinə son qoymasa, heç vaxt  inkişaf edə bilməyəcək»-deyə, F.Qasımova vurğulayıb.