YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistan faktiki olaraq danışıqlar prosesini ləngitməyə çalışır

«Ermənistanın baş naziri Nikol Paşinyan anlayır ki, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri qəbulolunmazdır». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Paşinyan vaxt qazanmağa çalışır. Onun fikrincə,  Paşinyanın əsassız bəyanatlarının məqsədi danışıqlar prosesini başqa istiqamətə yönəltməkdir”.

«Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ masa arxasında yoxdur. yəni danışıqlar prosesi faktiki olaraq dayanıb. Ona görə də məsələ əvvəllər olduğu formatda davam olunmalıdır. Başqa heç bir şey ola bilməz. Paşinyan əvvəllər olmayan hansısa məsələləri masa arxasına gətirməyə çalışır. Bununla da, yenə də Ermənistan faktiki olaraq danışıqlar prosesini ləngitməyə çalışır»-deyə, deputat qeyd edib.