YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq

«Hazırda icbari tibbi sığortanın tətbiqi  ilə bağlı  Mingəçevir , Yevlax və Ağsu rayonunda pilot layihələr həyata keçirilir. Hazırda pilot layihələrin təcrübəsi ümumiləşdirilir, dəqiqləşmələr aparılır və hər bir rayonda tətbiqi üçün baza yaradılır. Güman edirəm ki, yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, payız aylarında icbari tibbi sığorta ilə əlaqədar Milli Məclisə yeni qanun layihəsinin və ya mövcud qanunvericiliyə dəşiklikliklərin təqdim olunması nəzərdə tutulur. Bu sənəd qəbul olunduqdan sonra bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq.

«Dünyanın tətbiq etdiyi model belədir ki, vətəndaşlar icbari tibbi sığortanın həyata keçirilməsində iştirak edirlər. Azərbaycanda da işləyənlər bu məqsədlə əmək haqqından faiz ödəyəcəklər. Pensiyaçılar, uşaqlar və əlillərin sığorta haqqını isə dövlət öz üzərinə götürəcək. Çalışacağıq ki, tibbi sığorta insanlar üçün ağır yük olmasın. Eyni zamanda, çalışmaq lazımdır ki, icbari tibbi sığorta real tibbi xidmətlər göstərmək qüdrətində olsun. Yəni bu iki məqam uzlaşmalıdır və hazırda müvafiq dövlət qurumları bu məsələ üzərində ciddi şəkildə işləyirlər»-deyə, Baş nazirin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv