YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tu

«15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir  tarixində mühüm yer tutur». Bu fikri YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qalxması ilə yanaşı, hüquqi-demokratik dövlət quruculuğu prosesi  başladı. Onun sözlərinə görə, həmin vaxtlarda Ulu öndər ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi.

«Ümummilli lider müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni ideologiyanın əsasının qoyub. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüququ verib, öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Ulu öndər bütün mənalı həyatını xalqına bəxş edib. Ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib»-deyə, A.Məhərrəmov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv