YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan xalqı sabitliyin pozulmasına heç zaman imkan verməyəcək

«Gəncədə baş verən son  hadisələr bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü planlarının nəticəsidir. Şübhə yoxdur ki, həmin hadisələr birmənalı şəkildə xaricdən idarə olunur». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, xaricdə olan düşmənlərimiz çirkin niyyətlərini yerli əlaltıları vasitəsilə həyata keçirmək istəyirlər. Onların məqsədi Azərbaycanda mövcud olan və dünya ölkələrinə nümunə göstərilən sabitliyi pozmaq, çaxnaşma, vətəndaş qarşıdurması yaratmaqdır.

«Lakin Azərbaycan xalqı sabitliyin pozulmasına heç zaman imkan verməyəcək. Çünki xalqımız dinc şəraitdə, xoşbəxt yaşamağın tərəfdarıdır. Biz ayıq-sayıq olmalıyıq, kimlərinsə yağlı vədinə şirniklənməməliyik, dövlətimizin başçısının ətrafında sıx birləşməli, dövlətçiliyimizi qorumalıyıq. Bu gün ölkədə güclü vətəndaş həmrəyliyi mövcuddur və gələcəkdə də belə olacaq»-deyə, deputat qeyd edib.