YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.

Görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışıldı. Azərbaycanın əhalisinin artdığını qeyd edən Prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd etdi.

Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirildi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.