YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram.”

 

DİGƏR Xəbərlər Arxiv