YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar uğurla davam edir

«Hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar uğurla davam edir». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, bu sahədə ixracın artırılması və ixracın diversifikasiyasıdır. Onun sözlərinə görə, bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, tranzit imkanlarından səmərəli istifadəyə dair müxtəlif tədbirlər həyata keçirilir.

«Sahibkarlıq subyektlərinin yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılıb, "Lisenziyalar və icazələr" portalı istifadəyə verilib. Hazırda qanunvericilik təkmilləşdirilir, inzibati proseduralar sadələşdirilir, elektron xidmətlərin tətbiq dairəsi genişləndirilir, vergi və gömrük sahəsində islahatlar aparılır. Bundan başqa, bir neçə sənaye parkı,  sənaye məhəllələləri  yaradılıb. Artıq sənaye parklarına 2,5 milyard dollar investisiya yatırılıb, qarşıdakı illərdə isə sənaye parklarına investisiya qoyuluşunun artacağı gözlənilir. Sənaye parklarında 11 mindən çox yeni iş yeri yaradılıb»-deyə, deputat qeyd edib.