YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir  iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Əvvəlcə məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub, sonra YAP-ın fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb.
V.Seyidov deyib ki, YAP Suraxanı rayon təşkilatı 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir. Sevindirici haldır ki, YAP Suraxanı rayon təşkilatının üzvləri ölkəmizdə keçirilən bütün seçkilərdə və referendumlarda olduqca fəal iştirak ediblər, rayon təşkilatı yüksək peşəkarlıq nümayiş etdirib, dövlət rəhbərinə və partiyamıza sədaqətləri ilə seçiliblər. V.Seyidov deyib ki, təşkilat fəaliyyət göstərdiyi 25 il ərzində rayon ərazisində 110 ərazi ilk partiya təşkilatında 8469 nəfər üzvü ətrafında sıx birləşdirib. Təşkilat üzvlərindən 4365 nəfəri qadın, 3528 nəfəri isə gənclərdir. 

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi dövr  ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. E.İbrahimov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP İdarə Heyətinin üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük nüfuz qazandığını vurğulayıb. O, 25 illiyini qeyd edən YAP Suraxanı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında partiyanın yaranma tarixindən danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib.

Tədbirdə təşkilatın  fəallarına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv