YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Talıbov: Rusiya-Azərbaycan arasında hesablaşmaların milli valyutada aparılması üçün bütün imkanlar var

Rusiya və Azərbaycan iki ölkənin milli valyutasında hesablaşmaların həcminin gələcəkdə artırılması üçün potensiala malikdir. Ticarətin milli valyutada aparılmasını artırmaq üçün bütün zəruri imkanlar var. Biz artıq bəzi əmtəə qrupları üzrə hesablaşmaları milli valyutada həyata keçiririk. Biz burada belə hesablaşmaların aparılmasından ötrü bütün institusional mühitin yaradılması ilə bağlı böyük potensial görürük.

Bu barədə jurnalistlərə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda Rusiyanın bir neçə bankı, o cümlədən VTB təqdim olunub, Rusiyada isə, öz növbəsində, Azərbaycan Beynəlxalq Bankı (“MBA-Moskva”) fəaliyyət göstərir. Biz milli valyutada hesablaşmaların aparılmasında potensialı görürük. Hər şeydən əvvəl ölkələrin maliyyə tənzimləyiciləri tərəfindən ardıcıl işlər aparılmalı və zəruri vəsaitlər olmalıdır.

Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 10 faiz artdığını bildirən Azər Talıbov deyib: “Biz sonrakı yarım ildə bununla müqayisədə artım üçün potensial olduğunu görürük. Biz əlavə olaraq, biznesin aparılmasında sahibkarlara çətinlik yaradan məhdudiyyətlərlə bağlı bir sıra məsələləri həll etməliyik. Ümidvarıq və əminik ki, bu problemlərin kompleks həlli sayəsində ilin yekunlarına görə ambisiyalı 15-20 faiz artım planına nail ola biləcəyik”.