YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın nazir müavini: Azərbaycan regionun enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Azərbaycan Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyinin təminatında və iqtisadi münasibətlərin inkişafında çox mühüm rol oynayır.

Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava jurnalistlərə açıqlamasında söyləyib.

Nazir müavini deyib ki, Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır: “Biz bu sahədə çox sıx və məhsuldar əməkdaşlıq edirik. Gürcüstan təbii qaz, neft və neft məhsulları bazarında şəffaflığın təmin olunması, bazarın tənzimlənməsi, şaxələndirilməsi və inkişafı sahəsində islahatlar həyata keçirir. Bu islahatlar hamı üçün vacibdir”.

“Əminik ki, Azərbaycanın qaz tədarükçü şirkətləri də Gürcüstanda bu sahədə həyata keçirilən islahatlarda fəal iştirak edəcəklər”, - deyə N.Turnava vurğulayıb.