YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Şəffaflığın gücləndirilməsi vergidən yayınma hallarının qarşısının alınmasında vacib rol oynayacaq

“Vergi və gömrük sistemində islahatların aparılması Azərbaycanda əsas iqtisadi islahatların prioritetlərindən hesab olunur. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  məhz bu istiqamətdə aparılan islahatların xüsusi vurğulanması, dövlət başçısı tərəfindən bu sahədəki problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı tapşırıqların verilməsi də, Azərbaycanda növbəti mərhələdə gömrük və vergi sistemində növbəti islahatların həyata keçməsindən, şəffaflığın daha da dərinləşdiriləcəyindən, prosedurların elektronlaşdırılmasının tətbiqindən xəbər verir”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bu sektorlar respublikamız üçün dövlət gəlirlərinin formalaşdırılması baxımından vacibdir. Belə ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi Azərbaycanın dövlət büdcəsinin formalaşmasında, vergi daxilolmalarına töhfə verən aparıcı dövlət qurumlarıdır. Eyni zamanda, hər iki qurum iqtisadi islahatların, iqtisadiyyatın liberallaşmasında, həmçinin sahibkarlığın inkişafı baxımından da vacib institutlardır. Onun sözlərinə görə,  bu qurumların fəaliyyəti bilavasitə sahibkarlığın inkişafını təşviq edir və bu baxımdan vergi və gömrük sistemində islahatların dərinləşməsi sahibkarlığın inkişafına yeni təkan verəcək. Şəffaflığın gücləndirilməsi vergi uçot sisteminin təkmilləşdirilməsi və vergidən yayınma hallarının qarşısının alınması, eləcə də vergi intizamının gücləndirilməsinə səbəb olacaq.

“Artıq Azərbaycanda iqtisadi islahatlar yeni mərhələdə vergi və gömrük sistemində dərinləşmiş islahatlarla müşayiət olunacaq. Bu faktor bütövlükdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı baxımından prioritet hesab edilir”-deyə, iqtisadçı-ekspert qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv