YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin 9 ayında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi ötən ilin göstəricilərini üstələyib

Cari ilin 9 ayı ərzində Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 162 milyon dolları ötüb. Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 148 milyon 705 min 83 ABŞ dolları, Azərbaycandan Belarusa ixracın həcmi isə 13 milyon 541 min 93 ABŞ dolları olub.

Qeyd edək ki, ötən ildə iki ölkə arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib.