YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib

“Sıralarında 700 min nəfərdən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası  ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib”. Bu fikri Milli Məclisin deputatı, YAP Yevlax şəhər təşkilatının sədri İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Ümummilli  liderimiz Heydər Əliyevin qurucusu olduğu partiyamızın amalı xalqımıza və dövlətimizə xidmət etməkdən ibarətdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənərək regionun ən böyük siyasi qüvvəsinə çevrilib.

«Partiyamızın Sədri, ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə misilsiz nailiyyətlər qazanıb. Məhz Prezidentimizin siyasətinin nəticəsidir ki, ötən 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi göstəricilər dəfələrlə artıb, eləcə də, beynəlxalq müstəvidə mövqeyimiz daha da güclənib. Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı qlobal miqyaslı layihələri reallaşdırmaq mümkün deyil. Təkcə, bu fakt Prezident İlham Əliyevin siyasətinin nə qədər yüksək nəticələr verdiyini göstərir. Çünki, əldə olunan bu nəticələr məhz cənab Prezidentin     düşünülmüş, qətiyyətli siyasəti sayəsində əldə olunub. Bu baxımdan, qeyd etməliyəm ki, qazanılan bütün uğurlarda YAP-ın özünəməxsus rolu var. 26 illik fəaliyyəti dövründə partimazın məramı yalnız müstəqil dövlətimizə və xalqımıza xidmət etməkdən ibarət olub. Bu faktor da partiyamızın uğurlarını şərtləndirən əsas amillərdən biridir”-deyə, İ.Məmmədov qeyd edib.