YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Prezident İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasındakı çoxşaxəli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasındakı çoxşaxəli əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Aşqabadda iki dövlət arasında imzalanan iyirmi müqavilənin imzalanması bunu təsdiqləyir. Tarixi köklərə, eyni soya malik xalqların gələcək inkişaf perspektivləri baxımından bu səfərin önəmi çox böyükdür”. Bu fikirləri Millət Məclisin deputatı  Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Bakı ilə Aşqabad arasındakı əlaqələr strateji tərəfdaşlıq və əməkdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, Prezidentlərin Birgə Bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu da Türkmənistanın ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini dəstəklədiyini göstərir.

“Bu səfərin nəticəsi olaraq Azərbaycanla Türkmənistan arasında siyasi əlaqələrin möhkəmlənməsi fonunda iqtisadi və ticari əlaqələri daha da inkişaf edəcək. Hazırkı durumda quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini hər iki tərəf çox yaxşı dərk edir. İqtisadi əlaqələrin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir. Bu həm də Xəzər regionunda, eləcə də bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına hesablanmış addımlardır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda və Türkmənistanda paralel olaraq dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Cənab Prezidentin Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası, nəqliyyat və digər sahələrdə əməkdaşlığın hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv