YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır

“Bu gün Azərbaycan beynəlxalq miqyasda həm demokratik dövlət, həm özünəməxsus inkişaf modelinə malik olan ölkə, həm də etibarlı tərəfdaş kimi tanınır”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan ötən müddət ərzində çox mühüm nailiyyətlər əldə edib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır.

“Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri, 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrini olduqca yüksək qiymətləndirirlər. Bu yaxınlarda nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv