YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbi Bəhramov: Beynəlxalq konfransda Qarabağ həqiqətləri ilə bağlı həqiqətlər geniş müzakirə olundu

Bu yaxınlarda   Türkiyənin Ərzurum şəhərində «Qafqaz cəbhəsi Birinci dünya müharibəsi illərində» adlı  beynəlxalq konfrans keçirilib. Konfransda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun başçılığı ilə institutun nümayəndə heyəti də iştirak edib. Bu barədə yap.org.az saytına institutun direktor müavini Cəbi Bəhramov bildirib.

Konfransın Birinci dünya müharibəsinin 100 illiyinə həsr olunduğunu deyən C.Bəhramov qeyd edib ki, bu müharibənin başlamasının əsas səbəblərdən biri də Azərbaycan neftinin ələ keçirilməsi istəyi olub. Onun sözlərinə görə, tədbirdə o dövrün hadisələrinə geniş tarixi baxış keçirilib.

«Ermənilərin o illərdə Azərbaycan torpaqlarına köçürülməsi, böyük dövlətlərin neftimizə olan marağı, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, xalqımıza qarşı daşnaklar tərəfindən soyqrımı cinayəti və s. haqqında da müzakirələr oldu. Azərbaycanın tarix elmi o səviyyədədir ki, artıq bizim təklif etdiyimiz konsepsiyalar beynəlxalq tədbirlər çərçivəsində qəbul olunub. Bilirsiniz ki, Prezident İlham Əliyev Qarabağ həqiqətləri ilə əlaqədar Azərbaycan tarixçiləri qarşısında vəzifələr qoyub. Ona görə də, biz tarixi həqiqətlər, Qarabağın tarixi, erməni məsələləri ilə əlaqədar yeni elmi əsərlər hazırlayırıq. «İravən xanlığı: Rusiya işğalı və ermənilərin şimali Azərbaycan  torpaqlarına köçürülməsi» əsəri, Qarabağ, xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımı ilə bağlı nəşr olunan əsərlər dövlət başçısının bu çağırışlarına cavab olaraq ərsəyə gəlib. Bu məsələlər Türkiyədə keçirilən konfransda da tərəfimizdən xüsusi olaraq vurğulandı. Həmin konfransda bu məsələlər müzakirələrdə ön planda idi. Türkiyədə təşkil olunan konfrasda biz Birinci dünya müharibəsi illərində şərqi Anadoluda azərbaycan əsilli əhalinin ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsinin də geniş araşdırılması təşəbbüsünü irəli sürdük. Çünki hazırda Türkiyə elmi ictimaiyyətində bu məsələyə az diqqət  yetirildiyini müşahidə edirik»- deyə, direktor müavini vurğulayıb.

Bütövlükdə, konfransın uğurla keçdiyini deyən C.Bəhramovun sözlərinə görə, bu tədbir gələn il qondarma «erməni soyqırımının» 100 illiyi ilə  bağlı keçirilə biləcək addımlara qarşı qabaqlayıcı addımlardan biridir.