YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü işlər aparılır

«Azərbaycan Prezidenti İlham Əliyevin «Sənaye məhəllələrinin yaradılması və təşkili haqqında» Fərmanı iqtisadiyyatın diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Sənaye məhəllələrinin yaradılması qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayacaq». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın İqtisadi məsələlər komissiyasının sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycan hazırda dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən biridir. Onun sözlərinə görə, bu nailiyyətə həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirilməklə nail olunub.

«Heç şübhəsiz, hər bir ölkənin sosial-iqtisadi inkişafının yalnız bir sektor üzərində qurulması və iqtisadiyyatın yalnız bir amildən asılılığı inkişafa səbəb ola bilməz. Bu baxımdan, Azərbaycanda da qeyri-neft sektorunun inkişafı istiqamətində fəal, məqsədyönlü işlər aparılır. Əsas hədəf növbəti illərdə ümumi daxili məhsulun məhz qeyri-neft sektoru hesabına artırılmasına yönəlib. Sənaye məhəllərinin yaradılması bu mənada böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, ildən ilə ölkəmizdə qeyri-neft sənayesində əldə olunan gəlirlərin ÜDM-də çəkisi daha da artacaq»- deyə, E.İbrahimov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv