YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Ölkəmizdə sahibkarlara dəstək mexanizmi getdikcə təkmilləşdirilir

“Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, 2018-ci ildə davam etdirilən yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.
“Respublikamızda reallaşdırılan iqtisadi məzmunlu islahatların böyük qismi özəl sektorun imkanlarının daha da genişləndirilməsinə hesablanıb. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Eyni zamanda, sahibkarlara dəstək mexanizmi getdikcə təkmilləşdirilir. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə 2018-ci ildə reallaşdırılan tədbirlər nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub”-deyə, M.Xəlilov vurğulayıb.