YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Çoxmədəniyyətlilik Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycana öz töhfələrini verib

“Ən sadə statistika Azərbaycanın etnik mənzərəsinin nə qədər rəngarəng olduğunu dəqiq göstərir. On milyona yaxın əhalisi olan ölkədə 100-dən çox etnosun nümayəndəsi yaşayır. Ölkədəki azsaylı xalqlar, milli azlıqlar və etnik qruplara yaradılmış vahid ailə şəraiti baxımından Azərbaycan dünyanın digər ölkələrinə örnəkdir. Bu ölkəmizdə əsrlərcə ənənəsi olan tarixi bir təcrübənin nəticəsidir”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, çoxmillətlilik, çoxdinlilik, çoxmədəniyyətlilik Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycana öz töhfələrini verib. Bu, ölkəmizi daxilən zənginləşdirib, onun əlvan, ahəngdar mədəni palitrasını yaradıb və bu gün onu dünyanın multikulturalizm mərkəzlərindən birinə çevirib.

“Bunun sübutu XXI əsrin ilk illərindən Bakının mütəmadi olaraq dinlər, dillər, mədəniyyətlərarası dialoqa həsr edilən beynəlxalq forumlara, konfranslara, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir”-deyə, R.Hüseynov qeyd edib.