YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlətimiz üçüncü sektorun inkişafına davamlı olaraq dəstək göstərir

«Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı təkmil hüquqi baza mövcuddur». Bu fikri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf yolundadır. Onun sözlərinə görə, dövlətimiz üçüncü sektorun inkişafına davamlı olaraq dəstək göstərir.

«Bu gün ölkəmizdə yüzlərlə QHT fəaliyyət göstərir. Onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Xüsusilə bu dəstəyin nəticəsi olaraq dövlət maliyyəsi vasitəsilə onlar müxtəlif layihələrini icra edə bilirlər. Ona görə də, QHT-lərin xarici donorlardan asılılığı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlarla yanaşı,  cəmiyyətimiz inkişaf edir və bu prosesə uyğun olaraq bu sahədə də qanunvericilik zərurət yarandıqca təkmilləşdirilə bilər. Bütövlükdə isə Azərbaycanda dövlət –QHT münasibətləri yüksək səviyyədədir»- deyə, komitə sədri vurğulayıb.  

 

 

DİGƏR Xəbərlər Arxiv