YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Azərbaycan Gəncləri Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

Fevralın 1-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunub.

Aksiya zamanı 200-dən çox yeni ağac əkilib. Həmçinin ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət 100-dən çox bitkiyə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik və abadlaşdırma işləri aparılıb.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, Gənclər Günü 25 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən təsis edilib: “Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev dövlət gənclər siyasətini uğurla davam etdirir. Ölkə başçısı çıxışlarında gənclərə güvəndiyini deyir, onları millətin gələcəyi adlandırır. Hazırda ölkəmizdə gənclərə xüsusi önəm verilir. Azərbaycan gəncləri demək olar ki, bütün sahələrdə uğur qazanırlar. Onların bir qismi səngərlərdə Vətənin keşiyini çəkir, bəziləri mötəbər yarışlarda bayrağımızı ucaldır. Dünyanın aparıcı universitetlərində təhsil alan, öz intellekti, biliyi, bacarığı ilə seçilən gənclərimiz də var.

Bugünkü aksiya Yeni Azərbaycan Partiyasının “700 min ağac əkək” kampaniyası çərçivəsində təşkil olunub. Burada əsas məqsəd gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, onlara ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləmək idi. Aksiyada partiyanın Nəsimi rayonunda fəaliyyət göstərən bütün təşkilatlarının üzvləri, o cümlədən Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin partiya fəalları iştirak edib”.

Partiya sədri gəncləri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.