YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Parlament qanunvericilik fəaliyyətini artıracaq

Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün əlindən gələni edib və qanunvericilik fəaliyyətini artırıb. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O.Əsədov əminliyini bildirib ki, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq.

“Bu yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə çıxarılacaq. Bundan əlavə, Hesablama Palatasının, Ombudsman Aparatının hesabatları dinləniləcək”.