YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Dövlət himninin səsləndirildidən sonra Milli Məclisin sədri Oqta Əsədov yaz sessiyasının başlaması münasibətilə deputatları təbrik edib.

Daha sonra iclasda parlamentin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını müzakirə ediblər.

İş planına “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və s. qanun layihələri daxildir.

Bundan başqa, sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Müzakirələrdən sonra yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.