YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün jurnalistlərə bildirib ki, MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək

RF XİN başçısı qarşıdakı iclasın Türkmənistanın sədrliyi ilə keçiriləcəyini xatırladaraq deyib: “Biz MDB XİNŞ iclasına hazırlıq məsələsini müzakirə etdik”.

Nazir onu da qeyd edib ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə Xəzər əməkdaşlıq məsələləri müzakirə olunub. Xəzəryanı dövlətlərin tarixdə ilk iqtisadi forumu bu il Türkmənistanda keçiriləcək. Nazir vurğulayıb ki, tərəflər bu tədbirə birgə hazırlaşmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin jurnalistlərə verdiyi məlumata görə, MDB XİNŞ-in Moskvada keçiriləcək iclasının gündəliyinin layihəsinə fundamental tədqiqatlar, Böyük Vətən müharibəsində iştirak etmiş döyüşçülərin məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin qorunub saxlanması və onlara lazımi qaydada qulluq edilməsi, XİN-lərarası əməkdaşlığın inkişaf etdirilməsi, humanitar sferada və cinayətkarlığa qarşı mübarizə sahəsində dövlətlərarası münasibətlərlə bağlı məsələlər daxil edilib.