YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 18-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Oqtay Əsədov Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. O deyib ki, dünyada elə ölkələr yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsunlar.

Dövlətimizin başçısı İlham Əliyevin yenidən Prezident seçiləndən sonra ilk xarici səfərini Türkiyəyə etdiyini xatırladan sədr deyib ki, ölkələrimizin rəhbərləri arasında dostluq münasibətləri mövcuddur. Prezident Rəcəb Tayyib Ərdoğan da dövlət başçısı seçiləndən sonra ilk səfərini Azərbaycana edib. Bu, artıq ənənə halını alıb. Azərbaycan ilə Türkiyə arasında münasibətlər təksə siyasi sahədə deyil, digər sahələrdə də yüksək səviyyədədir. Dövlətlərimiz bir sıra mühüm layihələrə imza atıblar.

Oqtay Əsədov bu yaxınlarda baş verən faciə nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. O, dövlətlərimizin və xalqlarımızın istər yaxşı, istərsə də pis günlərdə bir-birinin yanında olduğunu bildirib.

Başsağlığına görə təşəkkür edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyənin hər zaman Azərbaycanın sevincinə və kədərinə şərik olduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan türkiyəli qonaq Türkiyənin bu məsələdə də hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirib ki, 1992-ci il fevralın 26-da Xocalıda bütün dünyanın gözü qarşısında Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Bu faciə ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək, faciə qurbanlarının xatirəsi bir daha anılacaq.

İki ölkə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Şamil Ayrım dövlətlərimizin başçılarının bu münasibətləri daha da yaxşılaşdırmaq üçün səylə çalışdıqlarını bildirib.

DİGƏR Xəbərlər Arxiv