Xəbərlər
Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvətli ilə Bakıya səfərə gəlib
Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvətli ilə Bakıya səfərə gəlib.
Cənab Andres Pastrananı Azərbaycana səfəri çərçivəsində MDİ-nin Baş katibi cənab Antonio Lopez-İsturiz Uayt və baş koordinator Sezar Rossello müşayiət edəcəkdir.
Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin fevralın 27-də başlayan səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov ilə görüşü nəzərdə tutulmuşdur.
Nümayəndə heyətinin səfər proqramına bir sıra rəsmi görüşlər, Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri ilə görüş,eləcə də Bakının tarixi- mədəni abidələri ilə tanışlıq daxildir.
Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin Bakıya səfəri fevralın 28-də başa çatacaqdır.