Xəbərlər
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir
Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə fevralın 27-28-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.