YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Frank-Valter Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının fəal iştirakı üçün çalışırıq

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin tapılmasını arzu edirik, ATƏT-in Minsk qrupu ilə yanaşı, həm də Avropa İttifaqının bu məsələdə fəal iştirakı üçün çalışırıq. Münaqişənin həllində bizim də rolumuzun olmasını istəyirik. Nəzərinizə çatdırım ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Herber Salber təcrübəli alman diplomatıdır.

Bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Frank-Valter Ştaynmayer bildirdi ki, Almaniya Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bütün ölkələr, o cümlədən Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Azərbaycan strateji baxımdan Şərq və Qərb arasında vacib bir ölkədir, körpü rolunu oynayır. Azərbaycan, həmçinin enerji baxımından vacib ölkədir, Avropanın enerji təhlükəsizliyinin təminində böyük rol oynayır. Azərbaycan regionda yeganə ölkədir ki, Rusiya ilə yanaşı, Almaniyanın da bu ölkədə Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü özündə birləşdirir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş olmasının göstəricisidir. Bundan başqa, “Cənub” qaz dəhlizi ikitərəfli əməkdaşlığımızın daha da inkişafı üçün böyük perspektivlər açır.

Ölkəmizə son səfərini xatırladan almaniyalı nazir dinamik inkişafın, modernləşmənin simvolu olan Bakının daha da gözəlləşdiyini vurğuladı.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşdə hər iki ölkə üçün maraq doğuran məsələlərin müzakirə olunduğunu dedi.

O bildirdi ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi üç milyard dollara yaxın olub və bu rəqəmin daha da artırılması istiqamətdə əməkdaşlıq davam etdirilməlidir.

Görüşdə təhsil sahəsində də əməkdaşlığın müzakirə edildiyini deyən E. Məmmədyarov bildirdi ki, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılıb.