YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: İnsan hüquqlarının qorunması dövlətin ali məqsədidir

«İnsan hüquqları üzrə birgə işçi qrupu bir  əməkdaşlıq qrupudur və heç bir dövlət qurumunu əvəz etmir. Məqsədimiz yalnız humanitar aspektdə vətəndaş cəmiyyətinin müraciətlərinə baxılması və qeyri-hökumət təşkilatları ilə hakimiyyət nümayəndələri arasında daha sıx, birbaşa əlaqələrin qurulmasıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bir neçə il bundan əvvəl hökumət, parlament və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu cür işçi qrupu mövcud idi. O zaman da işçi qrupu insan hüquqları sahəsində mövcud olan problemlərin birgə müzakirəsi ilə bağlı memorandum imzalamışdı. Bir müddət həmin işçi qrupu mandatına uyğun olaraq fəaliyyət göstərdi və çox da əhəmiyyətli işlər görülmüşdü. Onun sözlərinə görə, bu qrupda həm hakimiyyət nümayəndələri, həm də vətəndaş cəmiyyəti daha geniş təmsil olunur.

«İnsan haqlarının qorunması dövlətin ali məqsədidir, bununla bağlı xüsusi qurumlar var, Ombudsman var, məhkəmələr insan hüquqlarının pozulması ilə bağlı işlərə baxır. Burada bizim məqsədimiz Azərbaycanda vətəndaş cəmiyyətinə əhəmiyyət verməyimizdir, qeyri-hökumət təşkilatlarının rolunu qeyd etməkdir. Yəni daha sıx təmas mexanizmidir. Beləliklə, insan hüquqları ilə bağlı meydana çıxan, müzakirə oluna bilən, yəni istənilən bir məsələ hakimiyyət nümayəndələrinin diqqətinə operativ şəkildə çatdırılacaq. Bu qrupun əhəmiyyəti bundan ibarətdir və fəaliyyət sahəsi də kifayət qədər genişdir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv