YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ senatoru Kelli Ayot sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın oynadığı mühüm rola görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir

ABŞ-Azərbaycan əlaqələrini təkcə təhlükəsizliyin təmin olunması sahəsində deyil, digər sahələrdə də genişləndirmək üçün böyük imkanlar vardır. Bu fikri “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumunda iştirak edən Nyu-Hempşir ştatından senator və Senatın Silahlı qüvvələr komitəsinin üzvü Kelli Ayot səsləndirmişdir. O, Əfqanıstanda və İraqda Azərbaycan hərbçilərinin göstərdikləri dəstəyə görə ABŞ hökuməti adından Azərbaycana minnətdarlığını bildirmişdir. Senator Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rola görə də rəsmi Bakıya minnətdarlığını bildirmişdir. K.Ayot demişdir: “Biz Avropanın daha çox dəstəklənməsi üçün Azərbaycanda təbii resursların hasilatı sahəsində əməkdaşlığın daha da genişləndiyini görmək istərdik”.

ABŞ Senatının Silahlı qüvvələr komitəsinin sədri K.Ayot bildirmişdir ki, Azərbaycan qlobal təhlükəsizliyinin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. ABŞ və Azərbaycan arasında bu sahədə sıx əməkdaşlıq vardır. O demişdir: “Region ölkələrinin suverenliyinin, o cümlədən Azərbaycanın suverenliyinin qorunub saxlanılmasını təmin etmək üçün birlikdə işləməyimiz çox əhəmiyyətlidir”.

 

DİGƏR Xəbərlər Arxiv