YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır

“Bu ilin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyev 2019-cu ili sosial təminatla bağlı məsələlərin həlli istiqamətində görülən işlərin əhəmiyyəti baxımından önəmli il adlandırıb. Onun sözlərinə görə, bu sahədə dövlətimizin başçısı tərəfindən bir çox inqilabi sərəncamlar imzalanıb.

“Minimum əməkhaqqının və pensiyaların artırılması, Qarabağ müharibəsi əlillərinin, digər kateqoriyadan olan əlillərin, uşaqların sosial müdafiəsi, problemli kreditlər, məşğulluqla bağlı atılan addımlar mühüm əhəmiyyət kəsb edir və əhali tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərliyinin vətəndaşlarla mütəmadi görüşləri, onların qayğıları ilə bilavasitə maraqlanması, yaranmış çətinliklərin dərhal aradan qaldırılması üçün tapşırıqlar verməsi xalqımız tərəfindən təqdir edilir”-deyə. H.Rəcəbli qeyd edib.