YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlıdır

Macarıstan Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlıdır.

Energetika Nazirliyindən bildirilib ki, nazir Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il Moskvada “Rusiya enerji həftəsi” adlı beynəlxalq forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.

Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı barədə məlumat verən P.Syarto qaz bazarının şaxələndirilməsi ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlı olduğunu qeyd edib.

Görüşdə Cənub Qaz Dəhlizinin icra vəziyyəti, genişləndirilmə perspektivləri, növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar diqqətə çatdırılıb.

Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib.

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.