YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Dövlət hər zaman öz vətəndaşının yanındadır

“Bu gün cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır, dövlət hər bir vətəndaşının probleminə daha həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq möhtərəm Prezidentimiz təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Hesab edirəm ki, bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın və hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır: “Möhtərəm Prezidentimiz əsl liderlik nümuməsi göstərərək yanğın zamanı ziyan çəkmiş sahibkarlara dövlətin dəstək olacağını vurğuladı: “Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.” Möhtərəm Prezidentimizin bu sözləri yanğın zamanı böyük ziyan görmüş sahibkarların narahatlıqlarına son qoydu.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, baş vermiş hadisədən nəticə çıxarmaq, təhlükəsizlik və sığorta sahəsindəki boşluqları aradan qaldırmaq lazımdır: “Bu gün müxtəlif sahələrdə, xüsusilə biznes sektorunda sığorta maarifləndirilməsinə ciddi ehtiyac var. Hesab edirəm ki, bəzi hallarda bu hətta məcburi xarakter daşımalıdır. Bu mənada hər bir sahibkar öz biznesini, malını, mülkünü sığortalamalıdır. Bununla da o, baş verə biləcək bu kimi bədbəxt hadisələrdən daha az zərərlə çıxa bilər. Digər tərəfdən, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülməlidir. Sahibkarlar, obyekt sahibləri pul qazanmaqla yanaşı, öz sosial məsuliyyətlərini də dərk etməli, təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər. Möhtərəm Prezidentimiz müşavirədə çıxışı zamanı bu məsələlərə toxunub, ölkəmizdə sığorta sahəsində boşluqların olduğunu bildirib. Dövlətimizin başçısı sahibkarlara məsləhət görüb ki, öz əmlaklarını sığortalatsınlar. Belə olan halda onlar tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə əmlakları batmayacaq.

Vüqar Rəhimzadə əlavə edib ki, sahibkarlar bir daha gördülər ki, dövlət onların yanındadır, onların sərbəst, rahat, şəffaf və qanunun tələblərinə uyğun şəkildə fəaliyyətlərinə dəstəkdir. Ölkə rəhbərliyinin bu yanaşması isə vətəndaşın dövlətə inamını artırır, xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

DİGƏR Xəbərlər Arxiv