YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizin gəlirlərində qeyri-neft sektorunun payı ildən ilə artmaqdadır

“Azərbaycanda illərdir sistemli şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın yüksəlişini təmin edib. Xatırlayırıq ki, hələ qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı öz sabitliyi ilə seçildi və həmin prosesdən demək olar ki, zərər çəkməyən azsaylı dövlətlərdən olduq. Bunun arxasında isə illərdir düzgün istiqamətlənən dövlət siyasəti dayanırdı. Bu gün respublikamız rəqabət qabiliyyəti kifayət qədər yüksək olan iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Azərbaycan hətta ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən cari ilin ilk iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Onun sözlərinə görə, bu, son illərin ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu, dünya rekordudur. Sevindirici haldır ki, artıq ildən-ilə ölkəmizin gəlirlərində qeyri-neft sektorunun payı artmaqdadır.

“Təbii ki, burada regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu ilin yanvarın 29-da imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib. 2019-cu ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan geniş sosial paket çərçivəsində problemli kreditlərlə bağlı mühüm qərar verilməsi də xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin 2019-cu ilin fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyan dövlət tərfindər ödənilir. Bu, bir daha dövlətin öz vətəndaşına göstərdiyi qayğının göstəricisidir”-deyə, deputat qeyd edib.